Trampın komandası: Onlar ABŞ-ı idarə edəcək – SİYAHI
Trampın komandası: Onlar ABŞ-ı idarə edəcək – SİYAHI
12 Noyabr 2016 / 18:02 / Baxış sayı: 906
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ-da keçirilmiş prezident seçkilərində qalib gələn, ölkənin 45-ci prezidenti olacaq Donald Tramp hakimiyyət komandasını formalaşdırmağa başlayıb. Həmin komanda ilə bağlı konkretlik olmasa da, ehtimallar səslənsə də, artıq bəzi məqamlar dəqiq bəllidir.

Belə ki, 70 yaşlı milyarderin administrasiyasında Nyut Qinqriç, Bob Korker, Con Bolton, Ceff Seşns, Stiven Hedli, Maykl Flinn, Rudolf Culiani, Kris Kristi, Uilbur Ross və Ben Karsoun yer alacaqları əsla şübhə doğurmur.

Həmin şəxslərin kimliklərinə nəzər salaq.

1. Nyut Qinqriç. ABŞ Konqresinin Nümayəndələr Palatasının sabiq spikeri məşhur siyasətçi, yazıçı, publisist, biznesmen və tarix professorudur. Nüfuzlu mühafizəkar olan cənab Qinqriç 1990-cı illərdə “Respublika inqilabı”nın müəlliflərindən biridir. Məhz Qinqriçin “Amerika ilə anlaşma” taktikası sayəsində Respublikaçılar Partiyası Nümayəndələr Palatasına və Senata tam nəzarəti əldə edib.

 

Abortların, sosial sahəyə əlavə xərclərin əleyhdarı, Barak Obamanın sərt tənqidçisi kimi tanınan N.Qinqriçə dövlət katibi postu həvalə oluna bilər.

 

2. Bob Korker.  2001-ci ildə Tennesi ştatındakı Çatanuqa şəhərinin meri, 2007-ci ildə senator seçilən B.Kroker hazırda Senatda xarici siyasət məsələləri komitəsinin sədridir. Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi və NATO-nun genişlənməsinin tərəfdarı olan B.Korker dövlət katibi postuna real namizəddir.

 

3. Con Bolton. 1990-cı illərin əvvəllərində beynəlxalq təşkilatlarla bağlı işlər üzrə dövlət katibinin müavini, sonra ABŞ-ın BMT-dəki nümayəndəsi olmuş Con Bolton “İsrailin Dostları Təşəbbüsü” adlı beynəlxalq ictimai təşkilatın banislərindən biridir. Bu təşkilat İsrailin sərt tənqidçisi kimi tanınır. 2006-cı ildə Nobel Sülh Mükafatının nominantı olub.

 

C.Bolton radikal mühafizəkar kimi tanınır. Ağ Ev administrasiyasının rəhbəri ola bilər.

 

4. Ceff Seşns. Sabiq federal prokuror, Alabama ştatının keçmiş baş prokuroru ən mühafizəkar senatorlardan biridir. Tramp onu “ən ağıllı senator” adlandırıb. C.Seşns müdafiə naziri postuna namizəddir.

 

5. Stiven Hedli. Corc Buşun müşaviri olmuş bu adam hədsiz sədaqəti, amma müstəqil qərarlar verməkdə çətinlik çəkməsi kimi tanınır. 2003-cü ildə Corc Buşun “İraqda kütləvi qırğın silahı var” bəyanatının yalan olduğu aşkarlananda məsuliyyəti Hedli üzərinə götürmüşdü. O da müdafiə naziri postuna iddialıdır.

 

6. Maykl Flinn. Təqaüddə olan general-leytenant M.Finn əvvəllər hərbi kəşfiyyata başçılıq edib. Onun istefasının səbəbi isə Suriyada ABŞ-ın prezident Bəşər Əsədlə birlikdə terrorçulara qarşı mübarizə aparmağı optimal siyasət sayması olub.

 

M.Flinn Rusiya prezidenti Vladimir Putinlə tanışlığı ilə fəxr edir.

 

Onun yenidən hərbi kəşfiyyata qaytarılacağı, yaxud Mərkəzi Kəşfiyyat İdarəsinə direktor təyin ediləcəyi gözlənilir.

 

7. Rudolf Culiani. Nyu-York şəhərinin sabiq meri 1970-cu illərdə Demokrat Partiysasını tərk edib, 1980-ci ildə Respublika Partiyasına qatılıb. Onun baş prokuror təyin ediləcəyi söylənir.

 

8. Kris Kristi. 6 il əvvəl Nyu-Cersi ştatının respublikaçı qubernatoru seçilmiş K.Kristi mərkəzçi mövqeləri ilə tanınır. Respublika Partiyasından prezidentliyə namizəd olmağa çalışsa da, reytnqləri aşağı olduğundan Donald Trampı dəstəkləmək qərarına gəlib.

 

9. Uilbur Ross. 78 yaşlı bu milyarder dünyanın ən zəngin insanlarından biridir. Onun ABŞ-ın Ticarət Nazirliyinə başçılıq edəcəyi gözlənilir.

 

10. Ben Karson. Məşhur neyrocərrah və yazıçı Ben Karson 36 illik həkim karyerasını 2013-cü ildə başa vurub.

 

Donald Tramp təki, onun da siyasi isteblişmentdə geniş əlaqələri yoxdur, amma amerikalılar Karsonu sevirlər. Karson abortların, eynicinsli şəxslər arasında nikahların əleyhdarıdır. Onun səhiyyə naziri postuna təyinat alacağı ehtimal edilir. Bununla yanaşı, Donald Tramp komandasına övladlarını və qohumlarını da cəlb etmək niyyətindədir.

Belə ki, D.Trampın qızı İvanka Tramp “hakimiyyət dəyişiklikliyinə hazırlıq” qərargahının rəhbəridir.  İvankanın əri, developer Cared Kuşner, habelə Trampın oğulları Eriek və Donaldın da atalarının komandasında yera alacaqları deyilir.(milli.az)

 

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə