Trampın iudaizmə qulluq edən gözəl qızı – FOTOLAR
Trampın iudaizmə qulluq edən gözəl qızı – FOTOLAR
11 Noyabr 2016 / 11:28 / Baxış sayı: 3066
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ-ın yeni prezidenti Donald Trampın model xanımından sonra gözəl qızı İvanka medianın gündəminə gəlib. İvanka Tramp haqqında maraqlı faktları təqdim edir: 

İvanka Tramp müasir amerikalı qızlara parlaq nümunədir: 35 yaşında o, artıq xoşbəxt qadın və üç uşaq anası, biznes ledi, səxavətli xeyriyyəçi və uğurlu yazıçılığa qədər yüksəlib. Adı bütün dünyada tanınır, haqqında müsir bir gənc kimi moda və biznes jurnallarında təriflər yazılır.

“Qızıl qız” adı alan İvanka heç bir vaxt atasının puluyla kef çəkən, qlamur jurnallara düşən milyarder qızlarından olmayıb. O hər zaman “Trump Organization”a pul qazandırmasıyla gündəmdə olub.

Trampın qızına etimadı sonsuzdur və ən vacib sövdələşmələri onun imzalamasına etibar edir.

KİV-lər və siyasətçilər onu seçkilərdə respublikaçılara müvəffəqiyyət qazandırma xidmətlərinə görə “Trampın ulduzu” adlandırır. İvanka var gücü ilə atasının kampaniyasını müdafiə edib və tərəddüddə olan seçicilərin atasına tərəf yönəlməsi üçün nə lazımdırsa edib.

 

Elə buna görə də mətbuat ABŞ-ın birinci xanımı adını Trampın arvadı Melenianı deyil, qızı İvankanın qoruya biləcəyini düşünür.

Uğurlar mənbəyi olan İvankanın müvəffəqiyyətində atasının imkanlı olması rol oynasa da, xarici görünüşü ona anasından keçib.

O, fərqlənmə diplomu ilə Pensilvaniya Universitetinin iqtisadiyyat fakültəsini bitirib. İvanka öz savadını nəhəng korporasiyalarda və sonra təşkil etdiyi şəxsi firmasında tətbiq edib.

 

İvanka 1990-cı ildə işıqlı xarici görünüşünə görə öz karyerasını fotomodellikdə sınayıb. Çox keçmədən bu sferadan uzaqlaşıb və universiteti bitirdikdən sonra milyarder qızı özünün taleyini daimi olaraq iri korporasiyalara bağlayıb və həmişə də yüksək vəzifələrdə çalışıb. İvanka 26 yaşında atasının “Trump Organization” korporasiyasının vitse-prezidenti olub və bu günə qədər də bu postda çalışır. İvanka həmçinin öz şəxsi brendi olan cəvahirat-bəzək firması “İvanka Trump”ı yaradıb, sonra bura geyim və ayaqqabı brendini də əlavə edib. Qərb mətbuatı daim İvankanı müasir qadınlara nümunə kimi təqdim edir.

O, öz “Əsas kart: biznesdə və həyatda necə udmaq lazımdır” kitabında həyatda öz yerini necə tapmaq lazım olduğunu, bunun üçün ən vacib anlar və onları necə əldə saxlamağın yollarını yazıb.

2009-cu ildə İvanka nyu-yorklu media-maqnat Caped Kuşnerlə ailə həyatı qurub. Bu evlilikdən sonra o, etiqadını dəyişərək Presviterian kilsəsindən imtina edərək iudaizmi qəbul edib. Onun əri və ailəsi iudaist olduğuna görə özünə Yael yəhudi adı götürür. Bu evlilikdən İvanka Trampın qızı və iki oğlu var, belə ki, ikinci oğlu bu ilin mart ayında dünyaya gəlib.

İvanka özünü ənənələrə sadiq qalan ən müasir qadın hesab edir. İudaizmə keçməsini həyatında atdığı vacib qərarlardan biri hesab edir. “Voque” jurnalına müsahibəsində o ailədə koşer yeməklər yediklərini, şabata ciddi riayət etdiklərini, bu zaman bütün telefonların söndürüldüyünü və hamının vaxtını bir-birinə sərf etdiyini deyib.

 

Bir çox kütləvi informasiya vasitələri güman edirlər ki, İvanka ABŞ-ın idarə olunmasında da atasına kömək edəcək və ölkənin birinci xanımı məhz o, olacaq. /BakiPost.az/

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə