Trampın bəzi vədləri silinib
Trampın bəzi vədləri  silinib
11 Noyabr 2016 / 23:35 / Baxış sayı: 734
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın seçkiqabağı təbliğat dövründə söylədiyi bəzi fikirlər onun seçki kampaniyasının rəsmi saytından silinib.

Türkiyənin “Hürriyet” qəzeti xəbər verir ki, D.Trampın seçki qərargahının nümayəndələri prezidentliyə namizədin bəzi vədlərinin də əks olunduğu həmin yazıların texniki problemə görə silindiyini bildiriliblər.

Məlumata görə, D.Trampın seçki kampaniyasının saytınadan silinən yazılar arasında müsəlmanların ABŞ-a girişinin qadağan edilməsi, rəsmi Vaşinqtonun iqlim anlaşmasından imtina etməsi, Ali Məhkəməyə təyin etmək istədiyi hakimlərinin siyahısı, habelə iqtisadi və müdafiə kimi sahələrə dair vədlər də var.

“Deutsche Welle Türkçe”nin məlumatına görə, D.Trampın “twitter” səhifəsində paylaşdığı və müsəlmanları təhqir edən fikirlər də silinib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə