Tramp Rusiyanı “bir nömrəli düşmən” adlandıran siyasətçi ilə görüşdü
Tramp Rusiyanı “bir nömrəli düşmən” adlandıran siyasətçi ilə görüşdü
20 Noyabr 2016 / 18:20 / Baxış sayı: 1116
Font1 Font2 Font3 Font4
Bizimxeber

Yanvarın 20-də ABŞ prezidenti kimi fəaliyyətə başlayacaq Donald Tramp yeni hökumətin tərkibini formalaşdırır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, o, seçki kampaniyası dövründə əks mövqedə dayanmış Mitt Romney ilə görüşüb.

Nyu Cersidəki qolf klubunda baş tutan görüşdən əvvəl Tramp onu sərt tənqid edən respublikaçı lideri qapıda qarşılayıb. Trampın Massaçusets ştatının keçmiş qubernatoru ilə görüşdə nəyin müzakirə olduğu açıqlanmasa da, Romneyin yeni kabinetdə dövlət katibi vəzifəsini tuta biləcəyi iddia edilir.

Bildirilir ki, seçkidən əvvəl partiyadaxili səsvermə zamanı Trampa əks mövqedə olmuş və seçiciləri siyasətdən başı çıxmayan əmlak milyarderinə güvənməməmyə çağıran Romneyin yüksək vəzifə tutması realdır.

Qeyd edək ki, M.Romney Rusiyanı ABŞ-ın bir nömrəli düşməni adlandırıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə