Tramp: “Prezident olsam ABŞ daha başqa ölkələrdə rejimləri devirməyəcək”
Tramp: “Prezident olsam ABŞ daha başqa ölkələrdə rejimləri devirməyəcək”
04 Noyabr 2016 / 11:00 / Baxış sayı: 588
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ prezidentliyinə respublikaçı namizəd dünyanın avtoritar liderlərinin ona simpatiyasının əbəs yerə olmadığını bir daha sübut edib.

Virtualaz.org xəbər verir ki, Tramp Şimali Karolina ştatındakı çıxışında prezident seçiləcəyi halda ABŞ-ın başqa ölkələrdə hakimiyyətləri devirmək praktikasına son qoyacağını deyib. Onun sözlərinə görə, ABŞ silahlı qüvvələrindən xaricdə istifadə ancaq o zaman baş verəcək ki, bu, ölkənin milli təhlükəsizlik maraqları baxımından vacib olsun.

“Biz xaricdə demokratiya qurmağa, rejimləri devirməyə və düşüncəsizcəsinə müdaxiləyə cəhd etməyəcəyik. Bunun əvəzində Amerikanın təhlükəsiziyinə diqqəti ayırmaq, İŞİD-i məhv etmək və radikal islamçı terror üzərində qələbə qazanmaq lazımdır”-Donald Tramp deyib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə