Tramp prezident olmayacaq?
Tramp  prezident olmayacaq?
26 Noyabr 2016 / 13:27 / Baxış sayı: 1392
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ-da 8 noyabr tarixində keçirilən prezident seçkiləri ilə bağlı yeni xəbər var.
Ölkə.Az xəbər verir ki, 3 vilayətdə səslər yenidən sayılır. Əgər nəticələr dəyişərsə, Donald Tramp prezidentliklə vidalaşa bilər.
Verilən xəbərə görə, Viskonsin vilayətinin seçki komissiyası ABŞ “Yaşıllar” partiyasının namizədi Cill Ştaynın səslərin yenidən sayılması ilə bağlı tələbini qəbul edib. Bir həftə ərzində səslər yenidən sayılacaq. Ştayn Miçiqan və Pensilvaniyada da səslərin yenidən sayılması üçün müraciət hazırlayır. Bunun üçün isə 7 milyon dollar tələb edilir. Əgər 3.5 milyon dollar əldə edilsə, Viskonsinlə yanaşı Pensilvaniyada da səslər yenidən sayılacaq.
Yuxarıda adıçəkilən vilayətlərdə anket nəticələri Hillari Klintonun lider olduğunu göstərsə də, Tramp qələbə qazanmışdı. Bu üç əyalətdə keçirilən seçki nəticələrinə görə, Donaldın nümayəndə sayı 290-a çatmışdı və seçkilərdə Hillari Klintona qalib gəlmişdi.
Səslərin yenidən sayılması üçün Pensilvaniyaya bazar ertəsi, Miçiqana isə çərşənbə günü müraciət etmək lazımdır.
Ştayn bu üç vilayətdə səslərin yenidən sayılması üçün fəal kampaniyaya başlasa da, Klinton və Tramp cəbhəsində sakitçilik hökm sürür.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə