Tramp prezident maaşından imtina etdi
Tramp prezident  maaşından imtina etdi
14 Noyabr 2016 / 10:44 / Baxış sayı: 1104
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ-ın yeni dövlət başçısı seçilən milyardçı Donald Tramp prezident məvacibindən imtina edib. Bunu Tramp CBS telekanalına müsahibəsində bəyan edib. “Mən maaş almaq fikrində deyiləm. Qanuna uyğun olaraq məvacib almaq mütləqdirsə, ayda 1 dollar ala bilərəm “, – deyə D.Tramp bildirib. 

Qeyd edək ki, ABŞ prezidentinin illik maaşı 400 min dollardır.  “Forbs” jurnalına görə, Donald Trampın sərvətinin 3,7 milyard dollar dəyərində olduğu təxmin edilir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə