Tramp OPEC sammitini puç edə bilər  
Tramp OPEC sammitini puç edə bilər   
16 Noyabr 2016 / 21:53 / Baxış sayı: 976
Font1 Font2 Font3 Font4
Bizimxeber

 ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın seçkilərdən sonra dərc olunan strategiya proqramında ABŞ-ın enerji mənbələrinin idxalından asılılığını aradan qaldırmaq üçün “energetik inqilab” edəcəyi bildirilib.

Bizimxeber.az  “Report”a istinadən bildirir ki, proqramda ABŞ-ın dünyanın hər hansı digər ölkəsindən daha çox neft, qaz və kömür ehtiyatlarına malik olduğu, bu resursların iqtisadi artım üçün trilyon dollarlarla xeyir gətirəcəyi və çox sayda yeni iş yerlərinin açılacağına səbəb olacağı qeyd olunub. Yeni prezident ABŞ-ın enerji mənbələrinin ixracatçısına çevriləcəyini bildirib. Hazırda ABŞ-da mövcud olan amerikalı təbii ehtiyat istehsalçılarına tətbiq olunan məhdudiyyətlər qaldırılaraq energetika sektorunun inkişafı stimullaşdırılacaq. Bunun üçün federal şelflərdə federal torpaqların icarəsi və hasilata icazə veriləcək.
“Fitch” beynəlxalq reytinq agentliyinə bağlı olan BMI araşdırma şirkətinin analitiklərinin fikrincə, ABŞ-da şist neft hasilatı gündəlik 8,5 mln. barel hədəfini artıq 2017-ci ildə ötə bilər.
“Reuters”in verdiyi xəbərə görə, OPEC üzvü olan ölkələrdən birinin nümayəndəsi, Donald Trampın seçilmısindən sonra “Neft bazarında vəziyyətin pisləşməsi qaçılmazdır” – fikrini irəli sürüb.
“Report”un analitik qrupu noyabrın 30-da Vyanada gözlənilən OPEC sammitində neft hasilatçısı ölkələrin hasilatın məhdudlaşdırılması barədə qərar qəbul edə bilməyəcəyini ehtimal edir. Buna səbəb, hasilatın azaldılması nəticəsində yaranan neft tələbinin ABŞ istehsalçıları tərəfindən təmin edilməsi və nəticədə bazar payının ABŞ istehsalçıları lehinə dəyişməsidir. Bundan başqa, OPEC-ə üzv ölkələr arasında fikir ayrılığı və digər hasilatçı ölkələrdən hasilat məhdudiyyətinə qoşulmamaq barədə gələn açıqlamalar noyabrın 30-da baş tutacaq sammitin gərgin keçəcəyini göstərir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə