Tramp “İD” ilə mübarizədə ABŞ Rusiya ilə müttəfiq ola biləcəyini deyib
Tramp “İD” ilə mübarizədə ABŞ Rusiya ilə müttəfiq ola biləcəyini deyib
16 Avqust 2016 / 14:25 / Baxış sayı: 504
Font1 Font2 Font3 Font4
Bizimxeber
Bizimxeber.az saytı xarici mətbuata istinadən xəbər verir ki,  Donald Tramp özünün Rusiyaya qarşı loyal münasibəti ilə seçilir.

Amerikalı milyarder  bəyan edib ki, onun ölkəsi  “İslam Dövləti”nə mübarizədə Rusiya ilə müttəfiq ola bilər.

-Ümid edirəm ki, biz Rusiya ilə “İD” ekstremist qrupu ilə mübarizədə ortaq platformada çıxış edə bilərik. Sizcə bu əla olmazmı? – ABŞ prezidentliyinə namizəd keçirilmiş növbəti debatda deyib.

Donald Tramp seçkilərdə Respublikaçılar partiyasının namizədidir. Milyarder prezidentliyə seçki kompaniyasında liderlik edən namizədlərdəndir. Tramp ABŞ-ın hal-hazırki prezidenti  Barak Obamanın apardığı siyasəti sərt tənqid etdiyi üçün bir çox amerikalılar tərəfindən rəğbətlə qarşılanır.

Donald Tramp həmçinin Rusiya olan loyal münasibəti ilə də məşhurdur. Tramp iddia edir ki, ABŞ hökuməti bir çox məsələlərdə RF ilə əməkdaşlıq etməli cə rəsmi Moskvanın fikrini dinləməlidir .

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə