Tramp da seçkilərdəki qanun pozuntularından danışdı
Tramp da seçkilərdəki qanun pozuntularından danışdı
28 Noyabr 2016 / 10:51 / Baxış sayı: 644
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçkilərdə əsas rəqibi olan Hillari Klintonun qalib gəldiyi üç ştatda ciddi qanun pozuntuları olduğunu bildirib. D.Tramp bu barədə Twitter səhifəsində yazıb.

“Vircinia, Nyu Hempşir və Kaliforniya ştatlarında ciddi seçki saxtakarlığı olub. Nəyə görə KİV bu barədə məlumat vermir? Ciddi qərəz böyük problemdir” – D.Tramp yazıb.

Xatırladaq ki, D.Tramp dünən də milyonlarla səsin H.Klintonun lehinə qanunsuz şəkildə verildiyini qeyd edib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə