Tramp administrasiyası Qarabağ üzrə danışıqları davam etdirəcək
Tramp administrasiyası Qarabağ üzrə danışıqları davam etdirəcək
17 Noyabr 2016 / 9:50 / Baxış sayı: 972
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılıqların reallaşdırmasını dəstəkləyir.

Virtualaz.org bildirir ki, bunu ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçi Bridjit Brink Ermənistan prezidenti ilə çərşənbə günü keçirdiyi görüşdə deyib.

“Bridjit Brink əmin etdi ki, ABŞ-ın yeni administrasiyası Cənubi Qafqaz regionunda vəziyyətin inkişafına və Qarabağ münaqişəsinin həlli məqsədi ilə etibar bağlarının möhkəmləndirilməsi üzrə son razılıqların reallaşdırmasına maraq göstərməkdə sadiq qalmağa davam edəcək”, – deyə Ermənistan prezidenti mətbuat xidmətinin yaydığı məlumatda vurğulanıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə