Toya atmalı olduğu 200 avronu seçki qutusuna saldı
Toya atmalı olduğu 200 avronu seçki qutusuna saldı
26 Sentyabr 2016 / 20:57 / Baxış sayı: 1192
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün İspaniyanın Pontevedra vilayətində yerli parlamentə keçirilən seçkilərdə kuryoz olay yaşanıb.

Redondela şəhərində seçicilərdən biri səhvən seçki qutusuna səsvermədən sonra gedəcəyi tədbirdə hədiyyə vermək üçün hazırladığı zərfi salıb.

Bu cür “səs” verəndən sonra seçici məntəqədən 100 km aralıda yerləşən Orense şəhərinə gedib və şənlik sahiblərinə içərisində 200 avro əvəzinə seçki bülleteni olan zərfi hədiyyə verib. Səhvindən burada agah olan seçici polisin müşayiəti ilə məntəqəyə qayıdıb və zərfləri dəyişib.

Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə