Tovuzda ana və 4 yaşlı oğlu dəm qazından zəhərləndi
Tovuzda ana və 4 yaşlı oğlu dəm qazından zəhərləndi
20 Noyabr 2016 / 19:45 / Baxış sayı: 608
Font1 Font2 Font3 Font4
Bizimxeber

Tovuzda dəm qazından zəhərlənmə olub.

APA-nın verdiyi məlumata görə, rayonun Düz Qırıqlı kənd sakini, 1982-ci il təvəllüdlü Günel Bağırova və onun 4 yaşlı övladı Elmar dəm qazından zəhərlənmə əlamətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlara dərhal tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Məlumata görə, G. Bağırova yaşadığı evdə hamamda övladını cimizdirən zaman hər ikisi dəm qazından zəhərlənib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə