Torpaqlar qaytarılır, Sarkisyan postu təhvil verir – İDDİA
Torpaqlar qaytarılır, Sarkisyan postu təhvil verir – İDDİA
16 Sentyabr 2016 / 15:25 / Baxış sayı: 1086
Font1 Font2 Font3 Font4
Bizimxeber
Ermənistan hakimiyyətinin növbəti 10 illik dövrü tədricən sona yaxınlaşır. Serj Sarkisyan və komandası hakimiyyəti ağrısız şəkildə təhvil verməyə hazırlaşır. Bu barədə “Lragir” saytı yazıb.
Sayt “Qazprom”da çalışmış, Kremlə yaxın şəxs olan Karen Karapetyanın baş nazir postuna gətirilməsini bununla izah edir. K.Karapetyanın gəlişi və Sarkisyanın hakimiyyəti təhvil verməyə hazırlaşdığı haqda xəbərlərin ortaya çıxması müəyyən suallara yaradır.
Ehtimallara görə, Kreml Karapetyanı hakimiyyəti təhvil almağa göndərib. Serj Sarkisyanın da buna etiraz etmədiyi deyilir. Çünki Ermənistanda sosial vəziyyət yaxşı deyil və iqtisadi çöküşdən xilas yolu görünmür. Sarkisyan məsuliyyətdən qaçmaq üçün hakimiyyəti təhvil verə bilər.
Digər əsas səbəb isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyətdir. Belə ki, İrəvan üzərində hökmə sahib olan Kreml münaqişənin həlli üçün Sarkisyanı sıxışdırır. Sarkisyan əvvəlcə ərazilərin bir qismini qaytarmalı, daha sonra digər ərazilərin azad olunması istiqamətində danışıqlara başlamalıdır. Vaxtilə ermənilər rayonları qaytarılması əvəzinə Qarabağın müstəqilliyi şərtini irəli sürür və öz müqəddəratını təyin etmə prinsipinin təmin olunacaqlarını düşünürdülər. Lakin aprel müharibəsində sonra reallıq dəyişdi və Bakının əli gücləndi. İndi ərazilərin qaytarılmasının əvəzinə Ermənistana yalnız “müharibə olmayacaq” sözü verilir.
İrəvanın Rusiyanın təzyiqləri qarşısında Qərbdən gözlədiyi dəstək də alınmadı. Xüsusilə ABŞ-dakı prezident seçkiləri Vaşinqtonun qınına çəkilməsinə səbəb olub. Belə situasiyada Sarkisyanın şərtlərlə razılaşmaqdan başqa yolu qalmır. Erməni ekspertlər də bunu təsdiq edirlər.
Hesab etmək olar ki, o, Qarabağın qaytarılması məsuliyyətindən də boyun qaçırmaq üçün hakimiyyəti təhvil vermək qərarına gəlib. Baş nazir postuna Rusiyanın “Qarabağ klanı”ndan olmayan öz adamını gətirməsi də önümüzdəki dövrdə münaqişənin həlli üçün yeni şəraitin yaranacağını göstərir.
Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə