“Tıxacların yağışla heç bir əlaqəsi yoxdur” açıqlamasına sözardı…
“Tıxacların yağışla heç bir əlaqəsi yoxdur” açıqlamasına sözardı…
18 Oktyabr 2016 / 11:41 / Baxış sayı: 776
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Bakı şəhərində bəzi ərazilərdə yollarda müşahidə olunan tıxacların yağışlı hava ilə heç bir əlaqəsi yoxdur”. Bunu AzNews.az-a açıqlamasında “Azəravtoyol” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, hazırda qeyri-sabit hava şəraiti ilə bağlı respublikanın avtomobil yollarında hər-hansı bir problem müşahidə olunmur: “Ötən gün bəzi ərazilərdə yolların su basması ilə müşahidə olunan problemlər aidiyyəti qurumlar tərəfindən aradan qaldırılıb.

Bu gün Binəqədi şossesindən başqa heç bir yolda subasma ilə bağlı problem yoxdur. Avtonəqliyyat vasitələrinin normal və maneəsiz şəkildə hərəkəti təmin olunub”.

A.Nəcəfli Binəqədi şossesində yaranan subasmaların isə yaxınlıqda olan bir neçə açıq su kanallarının daşması nəticəsində baş verdiyini vurğulayıb: “Yola su dolub. Hazırda bu ərazidə olan problemin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılır. Sedan tipli avtomobillərin həmin ərazidən keçməsi tövsiyyə olunmur”.

Redaksiyadan:

Əvvəla, bu məntiqsiz və mənasız açıqlamanı xəbər kimi insanlara sırımaq lazim deyil. Çünki hər kəs bilir ki, tıxacların səbəbi Bakının su altında qalması ilə bağlıdır. Diğər tərəfdən “Azəravtoyol” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli bu açıqlaması ilə milləti lağa qoyur. Əgər su basma ilə əlaqədar deyilsə bəs nə ilə bağlıdır? Və yaxud, bu su basma halları niyə olmalıdır? Yariya qədər suyun içində qalan maşınları görmək üçün  Cavid Qurbanova və onun işçisi Anar Nəcəfliyə hansı ölcüdə, hansı modeldə eynək lazımdır? Bəsdirin, insanları lağa qoymayın…  

Bu mövzu ilə bağlı sabah ətraflı oxuyacaqsınız…. Bizi izləyin…

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə