Tikinti şirkətinin rəhbəri villasında özünü güllədi-DƏHŞƏT
Tikinti şirkətinin rəhbəri  villasında özünü güllədi-DƏHŞƏT
04 Oktyabr 2016 / 11:06 / Baxış sayı: 862
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakıda intihar hadisəsi baş verib. Bakıxanov qəsəbəsində 1956-cı il təvəllüdlü Zəlimxan Bünyatov yaşadığı villada özünü güllələyib. O, hadisə yerindəcə keçinib.

Bildirilir ki, hadisə baş verərkən Z.Bünyatovun ailə üzvləri evdə olub. O, “Vinçester” markalı tüfəngi götürərək hamam otağına keçib və burada özünə atəş açıb. Səsə gələn ailə üzvləri 50 yaşlı kişinin həyatını xilas edə bilməyib.

İntihar edən şəxs biznesmen olub və tikinti şirkətinə rəhbərlik edirmiş.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə