Tiflisdə Saakaşvilinin partiyasının liderlərindən birinin maşını partladıldı
Tiflisdə Saakaşvilinin partiyasının liderlərindən birinin maşını partladıldı
05 Oktyabr 2016 / 9:25 / Baxış sayı: 642
Font1 Font2 Font3 Font4
Bizimxeber

Tiflisdə sabiq prezident Mixail Saakaşvilinin partiyasının – “Vahid milli hərəkat”ın liderlərindən biri olan Givi Tarqamadzenin avtomobilini partladıblar.

Virtualaz.org “Gürcüstanın xəbərləri”nə istinadən bildirir ki, bu haqda deputat Nuqzar Siklauri “Rustavi 2” telekanalının efirində məlumat verib.

Onun sözlərinə görə, sürücü və yoldan keçən iki nəfər zərər çəkiblər. Onların vəziyyətin ağır olduğu bildirilir.

Partlayış nəticəsində avtomobilin arxa hissəsinə əhəmiyyətli dərəcədə zərər dəyib. Hadisə yerinə patrul və kriminal polisin əməkdaşları göndərilib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə