“The New York Times” Donald Trampı bitirdi
“The New York Times” Donald Trampı bitirdi
02 Oktyabr 2016 / 19:19 / Baxış sayı: 988
Font1 Font2 Font3 Font4
Bizimxeber

“The New York Times” qəzeti kimliyini gizlədən mənbədən ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olan Donald Trampla bağlı ifşaedici sənədlər əldə edib və yayıb. Sənədlər göstərir ki, cənab Tramp 18 il ərzində federal budcəyə gəlir vergisi ödəməyib. Söhbət 1 milyard dollara yaxın (915.729. 293) vəsaitdən gedir. 

Məsələ ondadır ki, D.Trampın biznes işində 1995-ci ildə ciddi çətinliklər yaranıb. İş adamını ayaqda saxlamaq üçün ona gəlir vergisi ödəməməyə rəsmən icazə verilib. O isə bu imkandan sui-istifadə edib. Və bu icazənin müddətini süni şəkildə uzadıb.
D.Trampın komandası dərhal “The New York Times”a qarşı ittihamlar yağdırıb. Qəzeti Demokratlar Partiyasindan  ABŞ prezidentliyinə namizəd olan Hillari Klintona işləməkdə suçlayıblar. Onlar bəyan ediblər ki, cənab Tramp illər ərzində digər növdən olan vergiləri ödəyib və həmin ödənişlər 100 milyon dollarlarla ölçülür…
Qeyd edək ki, Amerikada vergidən yayınma son dərəcə ciddi ittihamdır. Heç şübhəsiz ki, bu ittiham D.Trampa rəğbəti olan, ancaq illər ərzində gəlir vergisi ödəyənləri yenidən düşünməyə vadar edəcək. Bu isə onsuz da şansı yüksək olan Hillari Klintona əlavə üstünlüklər vəd edir.(musavat.com)
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə