Terrorla mübarizə müzakirə olunacaq
Terrorla mübarizə müzakirə olunacaq
28 Sentyabr 2016 / 11:21 / Baxış sayı: 608
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 41-ci iclası keçiriləcək.

Görüş zamanı iştirakçılar terrora, transsərhəd mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məsələlərini, MDB məkanında terror təhlükələrinin qiymətləndirilməsi üzrə yanaşmaları müzakirə edəcəklər.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəsmi saytının məlumatına görə, görüşdə İŞİD beynəlxalq terror təşkilatı ilə mübarizə aparmaq üçün birgə tədbirlər işlənib hazırlanmasına dair məsləhətləşmələr davam edəcək.

Birliyin Antiterror Mərkəzinin rəhbərinin 2016-cı ilin may-iyun aylarında Belarusda keçirilmiş birgə antiterror təlimlərinin yekunları üzrə hesabatı dinləniləcək.

MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 41-ci iclasında müşahidəçi qismində bir sıra Avropa ölkələrinin xüsusi xidmət orqanlarının nümayəndələri iştirak edəcək.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə