Tereza Mey Brexiti parlametin razılığı olmadan başladacaq
Tereza Mey Brexiti parlametin razılığı olmadan başladacaq
27 Avqust 2016 / 11:38 / Baxış sayı: 1162
Font1 Font2 Font3 Font4
Bizimxeber
KİV Britaniyanın başnaziri Tereza Meyin Brexit parlamentin razılığı olmadan başlamaq planı barədə xəbər tutdu.
The Telegraph nəşri yazır ki, Tereza Mey Brezitlə bağlı parlamentdə səsvermə keçirmədən Aİ formal olaraq çıxacaq.

Bizimxeber.az saytı məlumat verir ki, Britaniyalı nazir Aİ çıxmaq üçün Lissabon razılaşmasının 50-ci maddəsindən yararlanacaq.  Baş nazir hökuməti təmsil edən  hüquqşünaslarla məşvərətdən sonra İctimai palatanın razılığı Aİ-dan çıxmaq səlahiyyətinin olduğunu öyrəndi.

Nəşr baş nazirin britaniya xalqının Aİ-dan çıxmaq üçün keçirilən səsvermədə müsbət rəyilə kifayətləndiyini qeyd edərək əlavə edir ki, Tereza Mey rəqiblərinə Brexiti saxlamağa icazə verməyəcək.

Böyük Britaniyanın Aİ-dan çıxmaqla bağlı keçirdiyi referendum formal olaraq məsləhət xarakterli hesab olunurdu. Buna görə də İctimai Palatanın üzvləri hesab edirlər ki, Brexitin başlaması üçün mütləq səsvermə keçirilməlidir.

Qeyd edək ki, Palata üzvlərinin əksəriyyəti Böyük Britaniyanın Aİ-dan çıxmaq qərarına etiraz edib.

Daha əvvəl KİV Brexitin 2019-cu ilə kimi təxirə salınacağını qeyd etsələr də , Britaniya höküməti bununla bağlı yaranmalı olan komissiyanın tam heyətini təstiq etməyib.

 

Xatırladaq ki, britaniyalılar 23 iyunda ölkənin Aİ-dan çıxması üçün keçirilən referendumda 51.9% səsverməklə razılıqlarını bildirib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə