Tereza Mey Brexiti parlamentin icazə olmadan başlaya bilməz
Tereza Mey Brexiti parlamentin icazə olmadan başlaya bilməz
03 Noyabr 2016 / 17:23 / Baxış sayı: 666
Font1 Font2 Font3 Font4
Bizimxeber

Britaniya Ali Məhkəməsi qərar verib ki, hökumət Aİ ayrılmaq prosedurunu parlamentin razılığı olmadan başlaya bilməz.

Bizimxeber.az saytı məlumat verir ki, bu barədə  Sky News cümə axşamı xəbər verir.

Məsələni məhkəmədə qaldıran iş adamı Cina Miller və saç ustası Deyr dos Santos olub. Məhkəmə onların xeyrinə qərar verib. Belə ki, Avropa İttifaqının müqavilə mətnində ittifaqdan çıxmaq üçün “öz konstitutsiya tələbi əsas götürülməlidir”.
Ölkənin baş naziri Tereza Mey referendumun nəticəsini Lissabon müqaviləsinin 50 maddəsini aktivləşdirmək və Avropa İttifaqından çıxış prosesini başlamaq üçün kifayət hesab edir. Lakin məhkəmə bu iddianın konstitusiya ilə uzlaşmadığına qərar verib.
Xanım Meyin ofisində isə bəyan edilib ki, məhkəmənin bu məsələyə dekab ayında yenidən baxacağı güman edilir.
Mərkəzi hakimiyyət Böyük Britaniyanın Avropa İttifaqından çıxma prosesini 2017-ci ilin mart ayı üçün planlaşdırıb.
Buna baxmayaraq Ali məhkəmənin qərarı prosesi qeyri-müəyyən müddətə təxirə saldı.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə