Telman İsmayılovun qardaşı ilə bağlı ŞOK məlumatlar – biznesmenləri necə güllələtdi
Telman İsmayılovun qardaşı ilə bağlı ŞOK məlumatlar – biznesmenləri necə güllələtdi
21 Noyabr 2016 / 11:20 / Baxış sayı: 832
Font1 Font2 Font3 Font4
Bizimxeber

Virtualaz.org life.ru-ya istinadən xəbər verir ki, Telman İsmayılovun qardaşının biznesmenin qətlini sifariş verməsi onların arasındakı maliyyə mübahisəsi ilə bağlı ola bilər. Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, öldürülən Vladimir Savkin Rafiq İsmayılovla birlikdə Moskvada iri ticarət-əyləncə mərkəzinin sahibi olub. İsmayılov biznesini satıb və bundan 10 milyon dollar əldə edib. Bu məbləğdən İsmayılov Savkinə 5.5 milyon dollar verməliydi.

Lakin İsmayılov şərikinə çatacaq məbləği vermək istəməyib, Savkin isə ondan pulu almaq üçün cəhdlər edib. Belə görünür ki, İsmayılov pulu verməmək üçün ortağını aradan götürməyi qərara alıb.

Bildirilir ki, həbs edilən Mehman Kərimov bu qətldə sifarişçi rolunu oynayıb və biznesmenlərlə görüşə İsmayılovla Savkin arasında mübahisənin danışıqlar yoluyla həll edilməsində vasitəçilik etmək üçün getmişdi. Həmin vaxt məsələyə aidiyyatı olmayan biznesmen, “Lyublino Motors” şirkətinin rəhbəri də orada olub və təsadüfi qurbana çevrilib.

İstintaq sübuta yetirib ki, Rafiq İsmayılov killeri-əvvəllər həbsdə olmuş Mehman Kərimovu şəxsən qətl yerinə aparıb. Telman İsmayılovun doğma qardaşı killeri biznesmenlərin öldürüldüyü yerə oğlu Raul İsmayılova məxsus “Mercedes”də aparıb.

Mənbənin bildirdiyinə görə, killer Vladimir Savkinlə görüşü mayın 16-da Novorisk şossesində yerləşən BP yanacaqdoldurma məntəqəsinə təyin edib. Təsadüfən Savkin “Lyublino Motors” şirkətinin direktoru Yuri Brilyovu da özüylə götürüb. Biznesmenlərin görüş yerinə çatmasına bir neçə dəqiqə qalmış Telman İsmayılovun qohumu Raula məxsus “Mercedes” yanacaqdoldurma məntəqəsinə daxil olub. İstintaq müəyyən edib ki, avtomobildə killer Mehman Kərimovla birlikdə Rafiq İsmayılov da var idi. Bunu videomüşahidə kameraları qeydə alıb.

Videogörüntülərə əsasən “Mercedes” yanacaqdoldurma məntəqəsində bir qədər aralıda dayanıb ki, biznesmenlər salondakı Rafiq İsmayılovu görə bilməsinlər.

“Biznesmen Vladimir Savkinlə görüşə ancaq Mehman Kərimov çıxıb, qısa söhbətdən sonra killer biznesmenlərlə birlikdə özünün “Toyota Land Cruiser” markalı cipinə əyləşib və Moskva vilayəti tərəfə yola düşüb. 40 saniyə sonra onun arxasınca Rafiq İsmayılovun olduğu “Mercedes” yola çıxıb. Yanacaqdoldurma məntəqəsindən bir neçə kilometr aralıda həmin “Toyota Land Cruiser”i  salonunda güllələnmiş biznesmenlərlə birlikdə tapıblar.

“Saat 22.40 radələrində Novorisjk şosesinin 30-cu kilometrliyində salonunda başından güllələnmiş iki nəfərin meyidi olan avtomobil aşkar olunub. Bundan dərhal sonra şübhəli şəxs qismində Mehman Kərimov tutulub. Müəyyən edilib ki, biznesmenləri güllələyərkən Mehman Kərimov onun ardınca gələn Rafiq İsmayılova bir neçə dəfə zəng edib. Mehman Kərimov saxlanılandan sonra ifadəsində deyib ki, Savkin ona 500 min dollar borclu idi və onu da bu borca görə öldürüb. Lakin istintaq müəyyən edib ki, münaqişə Kərimovla Savkin arasında deyil, onunla Rafiq İsmayılov arasında olub”-mənbə bildirib.

*   *   *10:17

Azərbaycanlı biznesmen Telman İsmayılovun qardaşı Rafiq İsmayılov Rusiyada həbs edilib.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, Rafiq İsmayılov paytaxt biznesmenlərinin güllələnməsində təqsirli bilinir. Hüquq-mühafizə orqanları İsmayılovu ticarət komplekslərinin sahibi Vladimir Savkin və “ Lublino motors”un təsisçi Yuri Brilevin qətlində şübhəli hesab edir. R.İsmayılov və onunla əlbir olan Mehman Kərimova “iki və daha artıq şəxsin öldürülməsi” maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, hər iki qətl hadisəsi ötən il mayın 26- da baş verib.

Rafiq İsmayılov ittihamı qəbul etməsə də, istintaq killer Mehman Kərimovun qətl törədilən yerə R.İsmayılov tərəfindən gətirildiyini sübuta yetirib. Ehtimala görə, Vladimir Savkin Rafiq İsmayılovla arasındakı sığorta və maliyyə mübahisəsinə görə öldürülüb. “Lublino motors”un təsisçi Yuri Brilevin isə təsadüfi qurban olduğu güman edilir.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə