TBMM dövlət çevilişinə cəhdi araşdıracaq
TBMM dövlət çevilişinə cəhdi araşdıracaq
27 İyul 2016 / 12:54 / Baxış sayı: 566
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyə Böyük Millət Məclisi iyulun 15-də ölkədə baş vermiş dövlət çevrilişi cəhdinin araşdırılması üçün komissiya yaradacaq.

Türkiyə KİV-ləri xəbər verir ki, komissiyanın yaradılması barədə qərar müxtəlif partiyaların təklifləri nəzərə alınaraq qəbul olunub. Hadisələri araşdırmaq üçün komissiyaya üç ay vaxt veriləcək.

Türkiyənin baş naziri Binəli Yıldırım “The Guardian” qəzetinə müsahibəsində deyib ki, dövlət çevrilişinə cəhddə əli olanlar saxlanıldıqdan dərhal sonra səhvlərini etiraf ediblər. Alınan ifadələr çevriliş planının xeyli vaxtdır hazırlandığını deməyə əsas verir.

Böyük Britaniyanın “Sky News” televiziyasına müsahibəsində isə baş nazir vurğulayıb ki, çevriliş cəhdini türk ordusunun içərisindəki bir qrup törədib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsddə iştirak edən hərbçilərin axtarışı məqsədilə Marmarisdə əməliyyatlar genişləndirilib.

Ölkənin demək olar ki, bütün bölgələrində demokratiyaya dəstək mitinqləri davam edir. Türkiyə bayraqları ilə meydana toplaşan vətəndaşlar demokratik yolla seçilmiş hökumətə dəstəklərini bildirirlər.(AzərTAc)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə