Tatuaj xərçəng yaradır?
Tatuaj xərçəng yaradır?
27 İyul 2016 / 21:01 / Baxış sayı: 858
Font1 Font2 Font3 Font4
Bizimxeber

“The İndependent” yazır ki, alimlərin fikrincə bədənə döyülən şəkillər, ələlxüsus da rənglərdən biri dərinin xərçəng xəstəliyinə səbəb ola bilər.

Avropa Kimya Agentliyinin az sonra elan ediləcək araşdırmasının nəticələrinə görə dəriyə tatuaj vurulması xərçəng riski yaradır.

Agentliyin hesabatında deyilir ki, tatuajlarda istifadə olunan mürəkkəbin kimyəvi tərkibi təhlükəli fəsadlara səbəb ola bilər.

Hesabatdda qeyd olunur ki, tatuaj mürəkkəblərinin tərkibindəki bəzi maddələrin karsinogenliyi, mutasiya verməsi və zəhərliyi xüsusi narahatlıq yaradır.

“The İndependent” yazır ki, hazırda tatuajlarda istifadə olunan mürəkkəblərə Avropa İttifaqı tərəfindən rəsmən nəzarət edilmir. Məqalədə deyilir ki, tatuaj mürəkkəblərindəki hər hansı maddələrin orqanizmə ziyanlı olduğu isbat edilərsə, bu mürəkkəblər dərhal qadağan olunacaq.

Agentliyin sözçüsü deyib ki, bu sahədə müəyəyn məhdudlaşdırmalara ehtiyac var, lakin qadağan və ya məhdudlaşdırmaların rəsmi təsdiqinə bir il vaxt lazım gələ bilər.

Məqalədə deyilir ki, əsas nigarançılıq qırmızı rəngdəndir, çünki bu rəng dəridə qızarma və şişlərə səbəb olur. Qırmızı rəngin tərkibindəki civə turşusu xüsusilə təhlükəli komponent sayılır.

Məqalədə deyilir ki, tatuajda istifadə olunan qırmızı, mavi, yaşıl və bənövşəyi rənglər də dəridə qranulema və ya ziyillərin əmələ gəlməsinə yol aça bilər.
Bundan əvvəl Britaniya Dövlət Səhiyyə İdarəsi “qara” və “neytral” xna boyalarının təhlükəsi barədə xəbərdarlıq etmişdi.
Xəbərdarlığa görə, narıncı rəngə çalan xalis hənalardan fərqli olaraq “daha tünd hənalarda” tapılmış maddələr o qədər zəhərlidir ki, istifadəsi qadağan edilib. Hənalardan adətən əllərin üzərində müxtəlif naxışların çəkilməsi üçün istifadə olunur.

Britaniya səhiyyəsi xəbərdarlıq edib: “Əgər kimsə dərinizə qara tatuaj vurmağı təklif etsə, qətiyyən razılaşmayın. Bu sizə ömür boyu sürəcək ziyan vura bilər”. (bbc azeri)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə