TAP-ın tikintisi Albaniyadan başladı
TAP-ın tikintisi Albaniyadan başladı
01 Oktyabr 2016 / 11:05 / Baxış sayı: 594
Font1 Font2 Font3 Font4
Bizimxeber

Albaniyada Azərbaycan qazını Avropaya çıxaracaq “Cənub Qaz Dəhlizi”nin bir hissəsi olan Transadriatik Qaz Kəmərinin (TAP) tikintisi başlayıb.

Virtualaz.org “Assosiated press”ə istinadən xəbər verir ki, TAP konserni kəmərin Albaniya ərazisindən keçəcək 215 kilometrlik hissəsi üçün 13 min borudan birincisini sentyabrın 30-da təntənəli mərasimlə qaynaq edib. Mərasimdə Albaniyanın hökumət rəsmiləri də iştirak ediblər. TAP kəməri başlanğıcını Türkiyənin Yunanıstanla sərhədindən götürəcək, bu ölkə ərazisindən və Adriatik dənizindən keçərək İtaliyanın cənubuna çıxacaq, oradan Albaniyaya uzanacaq. Kəmərlə ildə 10 milyard kubmetr “Şahdəniz” qazının nəqli nəzərdə tutulur. Azərbaycan qazının Avropaya nəqlinin 2020-ci ildə başlaması gözlənilir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə