Tanınmış cərrahın evində partlayış: körpə qızı öldü, 3 yaralı var
Tanınmış cərrahın evində partlayış: körpə qızı öldü, 3 yaralı var
20 Oktyabr 2016 / 11:22 / Baxış sayı: 994
Font1 Font2 Font3 Font4
Bizimxeber
Abşeron rayonunda fərdi yaşayış evində partlayış baş verib. Abşeron Rayon Polis İdarəsindən verilən xəbərə görə, hadisə gecə saatlarında Hökməli qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Müşfiq Qurbanova məxsus 2 mərtəbəli fərdi evdə baş verən partlayışa qaz sızması səbəb olub. Nəticədə ev yiyəsinin 3 yaşlı övladı dünyasını dəyişib. M.Qurbanov, onun həyat yoldaşı və daha 2 övladı isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(APA)
***
Abşeronda yaşayış evində baş verən partlayışda ölən və xəsarət alanların adı məlum olub.APA-nın məlumatına görə, gecə saatlarında Hökməli qəsəbəsində fərdi yaşayış evlərindən birində baş verən partlayış nəticəsində 3 yaşlı Banıçiçək Qurbanlı dünyasını dəyişib.Respublika Yanıq Mərkəzindən APA-ya bildirilib ki, evin sahibi, 44 yaşlı Müşfiq Qurbanov, onun həyat yoldaşı, 44 yaşlı Şəbruz Novruzova və övladları, 12 yaşlı Leyla Qurbanlı yanıq xəsarətləri ilə Mərkəzə yerləşdiriliblər.Faktla bağlı araşdırma aparılır.
***
Bu gecə Abşeronda partlayış baş vermiş yaşayış evində xəsarət alan qadının tanınmış cərrah olduğu məlum olub. Lent.az-ın məlumatına görə, Hökməli qəsəbəsində fərdi yaşayış evlərindən birində baş verən partlayış nəticəsində yaralanan ev sahibi Müşfiq Qurbanovun həyat yoldaşı Şəbruz Novruzova cərrahdır. Ş.Novruzova Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasında çalışır və abdominal cərrahiyyə üzrə ixtisaslaşıb.  Qeyd edək ki, hadisədə ailənin 3 yaşlı üzvü Banıçiçək Qurbanlı dünyasını dəyişib. Ş.Novruzova, həyat yoldaşı və 12 yaşlı qızı Leyla isə xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə