Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib
Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib
14 Noyabr 2016 / 16:30 / Baxış sayı: 760
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bizimxeber.az-ın xəbərinə görə, prosesdə şahid qismində ifadə verən Hüseynbala Mehdiyev bildirib ki, F. Qəhrəmanlının sosial şəbəkədə yazdığı statusa şərh yazdığı üçün istintaqa çağırılaraq ifadə verib. Bildirib ki, ondan Taleh Bağırovu tanıyıb-tanımadığı soruşublar, o da tanımadığını deyib. Fuad Qəhrəmanlının hansı statusuna nə şərh yazdığını isə xatırlamadığını bildirib: “Mən hər şeyin seçki ilə olmasının, seçkiyə vətəndaşların getməsinin tərəfdarıyam və bu mənim mövqeyimdir. İfadə verən zaman mənimlə çox yaxşı rəftar etdilər. Sonra dedilər ki, oxu və imzala. Lakin eynəyim evdə qaldığı üçün oxuya bilmədim və imzaladım”.

Şahid həmin hadisədən sonra heç bir statusa şərh yazmadığını da deyib.

Daha sonra hakim bildirib ki, “Müsəlman Birliyi Hərəkatı”nın sədri Taleh Bağırovun müraciət kitabçasının alınması üçün istintaq orqanına göndərdikləri sorğuya cavab olaraq həmin kitabça məhkəməyə təqdim edilib. O, vəkillərin istədikləri vaxt onunla tanış ola biləcəklərini deyib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə