Taksi dərəyə aşdı.Sürücü xəsarət aldı-Neftçala
Taksi dərəyə aşdı.Sürücü xəsarət aldı-Neftçala
23 Avqust 2016 / 15:24 / Baxış sayı: 688
Font1 Font2 Font3 Font4
Bizimxeber

Neftçala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqarabucaq kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakının Yasamal rayon sakini, 47 yaşlı Şahin Ramiz oğlu İsmayılov idarə etdiyi avtomobili dərəyə aşırıb.

Nəticədə avtomobil yuvarlanaraq yoldan 50 metr aralıya düşüb. Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, dərəyə aşan avtomobil “Ekonom taksi” şirkətinə məxsusdur.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə