Təhsil sistemində daha bir rüşvət modeli – İkinci növbə dərs oyunu…
Təhsil sistemində daha bir rüşvət modeli – İkinci növbə dərs oyunu…
06 Sentyabr 2016 / 18:06 / Baxış sayı: 1926
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakı şəhərində fəaliyyət göstərən bir sıra məktəblərdə yeni tədris ilindən etibarən ibtidai sinifdə oxuyan şagirdlərin səhər növbəsindən günorta növbəsinə keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb.

Tanınmış jurnalist Zəminə Əliyeva da övladının təhsil aldığı 158 nömrəli məktəbdə eyni problemlə rastlaşdığını sosial şəbəkədə yazıb. O bildirib ki, qızı ikinci sinfi bitirəndə məktəbdə elan edilib ki, növbəti dərs ilindən etibarən uşaqlar ikinci növbədə oxumalı olacaqlar:“Dedilər ki, yeni təyin olunmuş direktorun göstərişidir. İstəmirsinizsə, filan qədər verin, uşaqlarınız ikinci növbəyə keçirilməsin. Təbii ki, valideynlərin əksəriyyəti işlədiyindən və səhərlər uşağı məktəbə qoymaq daha münasib olduğundan deyilən məbləğ də verildi. İndi isə məlum olur ki, uşaqların dərsini ikinci növbəyə keçiriblər”.

Təhsil Nazirliyinə 40 nəfərdən çox şagirdin valideynləri adından müraciət edən jurnalist bu qərara aydınlıq gətirilməsini istəyib: “Nəzərə alsaq ki, ikinci növbəyə keçilən şagirdlər ibtidai sinifdə oxuyurlar və onların hər birini məktəbə aparıb gətirən şəxsə ehtiyac var, hər iki valideyn işləyirsə, onda bu təxminən əlavə 150 manat xərclə, üstəlik bu yaşda uşaqların psixoloji durumuna da mənfi təsirlərlə nəticələnəcək”.

Məsələ ilə bağlı “Qafqazinfo” Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət edib. İdarədən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. Qeyd edək ki, sözügedən qərar bir çox orta məktəblərdə verilib. Və bu valideyinlərin hər ikisi işləyən ailələrdə ciddi problem yaradıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə