Təhsil Nazirliyi ilə “Respublika” qəzeti arasında qalmaqal davam edir
Təhsil Nazirliyi ilə “Respublika” qəzeti arasında qalmaqal davam edir
28 Oktyabr 2016 / 13:17 / Baxış sayı: 1114
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “Respublika” qəzeti bildirirlər ki, qəzetin 27 oktyabr 2016-cı il tarixli sayında dərc edilmiş “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” adlı məqalə nazirliyin strukturları tərəfindən təqdim olunmuş statistik məlumatlara əsaslanıb”.

“Respublika” qəzetinin bugünkü buraxılışında dərc edilmiş redaksiyanın və Təhsil Nazirliyinin birgə bəyanatında belə deyilir.

Belə çıxır ki, hökumət qəzeti nazirin adından yanlış məqalə dərc edib və Təhsil Nazirliyinin mətbuat xidmətinin dünənki bəyanatı həqiqəti əks etdirir. Qəzetin ahıl redaktoru isə açıq-aşkar yalan danışıb və mətbuat xidmətinin rəhbərini məlumat çatışmazılığında ittiham edib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə