“Təfəkkür” Universitetindən 42 kasıb tələbəni qovdular – Səbəb
“Təfəkkür” Universitetindən 42 kasıb tələbəni qovdular – Səbəb
27 Sentyabr 2016 / 16:26 / Baxış sayı: 620
Font1 Font2 Font3 Font4
Bizimxeber

Təfəkkür” Universitetində oxuyan bir qrup tələbənin valideynindən redaksiyamıza şikayət məktubu daxil olub. 
Bizimxeber.az Avropa.info -ya instinadən xəbər verir ki, universitet rəhbərliyi 42 tələbəni kəsir pullarını ödəyə bilmədikləri üçün universitetdən xaric edib. Təfəkkür universitetinin rəhbərliyi ilə əlaqə saxlamaq istəsək də rektor Müşfiq Atakişiyev bizim zənglərimizə cavab vermədi. Məsələyə aydınlıq gətirmək üçün universitetə yollanan əməkdaşımız isə rektorun maşını orada olmasına baxmayaraq “rektor burada yoxdur” cavabı alaraq geri qayıdıb. 
Qeyd edək ki, qanunda tələbənin nə təhsil haqqını, nə də kəsir pulunu ödəyə bilmədiyi üçün universitetdən xaric olunması nəzərdə tutulmur.
Mövzu ilə bağlı Avropa.info Təhsil Nazirliyinin münasibətini öyrənmək istəyib. Nazirliyin elektron poçtuna sentyabrın 22-dən ünvanlandığımız sorğu bu günədək cavabsız qalıb. Mövzunu diqqətdə saxlayacağıq.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə