Nənənin telefonunu qurdalıyab bir nömrə tapdım. Zəng etdim. Bir kişi götürüb dedi ki, o arvadı tanımıram. O biri sürücünü yığdım. O da dedi ki, qardaş mən onu tanımıram, sadəcə Xaçmazda maşınıma mindiriblər. Nə isə getdim o klinikanı tapdım. Nənəni qucaqlayıb yerə düşürdüm. Arvad oturdu və başına adamlar toplaşdı.
Sənədlərinin arasından nömrə götürüb hansı xəstəxanada yatıbsa, ora zəng etdik. Dedilər o arvad hal-hazırda xərçəng xəstəliyindən xəstəxanada yatır.
Sonra 103-ə zəng elədim və 20 dəqiqə sonra gəlib çıxdılar. Amma nə xeyri? Həkim arvada yaxın durmadı. Sonra kimləsə danışdı və gəlib arvada dedi ki, davay az dur gedək. Arvada heç ilk tibbi yardım belə göstərmədilər. Axırda yaşlı qocanı qucağımıza alıb özümüz maşına mindirdik. Nənə ölməsə də, bizim həkimlər onun axırına çıxacaqlar”./baku.ws/