Təcili! Rövşən Lənkəranskinin qruplaşmasına basqın, 30 nəfər saxlanıldı FOTO
Təcili! Rövşən Lənkəranskinin qruplaşmasına basqın, 30 nəfər saxlanıldı FOTO
05 Avqust 2016 / 16:41 / Baxış sayı: 488
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiyanın Ural vilayətinin güc strukturlarının əməkdaşları avqustun 4-dən 5-nə keçən gecə məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) qruplaşmasına daxil olan cinayətkar birləşmənin üzvlərinə qarşı xüsusi əməliyyat keçirib.

Virtualaz.org xəbər verir ki, Nijniy Tagildə keçirilənirimiqyaslı xüsusi əməliyyat zamanı cinayətkar “sxodka”nın 30 iştirakçısı saxlanılıb.

Bildirilir ki, hüquq-mühafizə orqanlarına “Rövşən Lənkəranski”nin qruplaşmasının toplantı keçirəcəyinə dair informasiya əvvəlcədən daxil olub. Və ənəvi olaraq xüsusi təyinatlılar qruplaşma üzvlərini qəfil yaxalayıblar. Əməliyyat məlumatlarına görə saxlanılanlar reket yoluyla yerli biznesmenlərdən pul toplayan qruplaşmanın üzvləridir. “Sxodka”da yerli azərbaycanlı diasporunun bir neçə tanınmış nümayəndəsi də olub. Onların kriminal “sxodka”ya hansı məqsədlə qatıldığı aydınlaşdırılır.

Saxlanılanlardan 8-i yerli biznesmenlərdən birindən iri məbləğdə pulu reketliklə almaqda şübhəli bilinir.

Xatırladaq ki, bu il martın sonlarında Sverdlovsk vilayəti üzrə əməliyyat polisi FTX-nin yerli idarəsinin əməkdaşları ilə birlikdə azərbaycanlı kriminal ünsürlərin toplantısına basqın edib, “Rövşən Lənkəranski”nin region üzrə səlahiyyətli adamı Ağayar Ağayev və bir neçə başqa qruplaşma üzvü saxlanılıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə