Təcavüz edənlər axtalanacaq!
Təcavüz edənlər axtalanacaq!
27 İyul 2016 / 9:19 / Baxış sayı: 710
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyədə Cinayət Məcəlləsinə dəyişiklik edilib.

Dəyişikliyə əsasən təcavüzkarların kimyəvi yolla xədim edilməsi nəzərdə tutulur. Dəyişiklik bu gündən etibarən qüvvəyə minib.

Qanuna görə, xədim edilməsi prosesində istifadə olunan dərmanların pulunu Əmək və Əhalinin Sosial Müdafiəsi, həmçinin Səhiyyə Nazirliyi ödəyəcək.

Qanunda edilən dəyişikliyə görə, cinsi təcavüzçülər şərti olaraq sərbəst qaldıqları halda aşağıdakılardan birinə və ya bir neçəsinə əməl etməli olacaqlar.

a)Tibbi müalicə ilə xədim ediləcək.

b) Müalicə məqsədli programlarda iştirak edəcək.

c) Zorakılığa məruz qalanın işlədiyi və yaşadığı bölgədə qalması qadağan olunacaq.

d) Zorakılığa məruz qalanın olduğu yerlərə yaxınlaşması qadağan ediləcək.

e) Uşaqlar olan yerlərdə işləməyəcək

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə