Təəssüf edirik ki, “Bank Standard” maliyyə bazarını tərk edir – Rüfət Aslanlı
Təəssüf edirik ki, “Bank Standard” maliyyə bazarını tərk edir – Rüfət Aslanlı
01 Oktyabr 2016 / 11:50 / Baxış sayı: 980
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Biz bu qərarı qəbul etməli idik”.

 

“Biz çox təəssüf edirik ki, 1995-ci ildən ölkənin maliyyə bazarında fəaliyyət göstərən, aktivlərinin həcminə, əhali əmanətlərinin və əmanətçilərinin sayına görə, mütəmadi olaraq ilk beşlikdə olmuş və müxtəlif dövrlərdə Azərbaycan maliyyə bazarlarına, maliyyə sənayesinə müxtəlif innovasiyalar, yeniliklər gətirmiş, bank əməkdaşlarının bir növ məktəbi rolunu oynamış bir bank ölkənin maliyyə bazarını tərk edir”.

Bizimxeber.az  xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı cümə günü keçirilən mətbuat konfransında jurnalistlərə deyib.

“Amma maliyyə dananıqlığının qorunması, həmin bankın müştərilərinin maraqlarının təmin edilməsi üçün biz bu qərarı qəbul etməli idik.

İctimaiyyətə də bəllidir ki, son 4-5 ay ərzində “Bank Standard”-ın sağlmalaşdırılması üçün hökumət  və Mərkəzi Bank nəzarət orqanı tərəfindən cəhdlər edilib. Təəssüf ki, bu cəhdlər nəticə vermədi”, – deyə Maliyyə Palatasının Direktorlar Şurasının sədri deyib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə