Sürücü “Azəravtoyol”a 3600 manat ziyan vurdu – FOTO
Sürücü “Azəravtoyol”a 3600 manat ziyan vurdu – FOTO
12 Avqust 2016 / 20:45 / Baxış sayı: 864
Font1 Font2 Font3 Font4
Bizimxeber
Bu gün Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 112-ci km-də, Hacıqabul rayonu ərazisində yol təsərrüfatına ziyanın dəyməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, “Dongfeng” markalı yük maşının sürücüsü naməlum səbəblərdən idarəetməni itirərək maşını yol ayrıcında olan əyri-xətli dəmir tirlərə çırpıb. Nəticədə 56 paqon-metr uzunluğunda dəmir tir sıradan çıxıb.
Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 3600 manat ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.
 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə