Suriya üzrə razılaşmanın tam mətni açıqlandı
Suriya üzrə razılaşmanın tam mətni açıqlandı
27 Sentyabr 2016 / 23:23 / Baxış sayı: 584
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiya xarici işlər nazirliyi (XİN) rəsmi Moskva və Vaşinqton arasında Suriya üzrə imzalanmış razılşamanın tam mətnini öz saytında dərc edib.

Bizimxeber.az oxu.az-a istinadən bildirir ki, RF XİN-in mətbuat xidmətindən bildirilib ki, Moskva dəfələrlə razılaşmanı geniş ictimaiyyətin diqqətinə təqdim olunmasını təklif etsə də, qarşı tərəf razılaşmırdı.

Qurumda qeyd ediblər ki , xarici KİV-lərə məlumatın sızmasından sonra (çox güman ki, söhbət Associated Press nəşrinin sentyabrın 23-də yaydığı məlumatdan gedir), ABŞ Dövlət Katibliyi sənədlərin bir hissəsini rəsmi saytında yerləşdirib.

Rusiya XİN Vaşinqtona razılaşmanın tam mətnini ictimaiyyətə təqdim etməsini təklif edib.

Qeyd edək ki, sentyabrın 9-da İsveçrənin Cenevrə şəhərində ABŞ-la Rusiya arasında Qurban bayramı günləri atəşkəslə bağlı razılıq əldə edilmişdi.

Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə