Suriya Türkiyədən BMT-yə şikayət etdi – ŞOK İTTİHAMLAR
Suriya Türkiyədən BMT-yə şikayət etdi – ŞOK İTTİHAMLAR
30 Avqust 2016 / 13:05 / Baxış sayı: 628
Font1 Font2 Font3 Font4
Bizimxeber

Suriya hökuməti Türkiyənin ölkənin şimalında həyata keçirdiyi əməliyyatlarla bağlı Birləşmiş Millətlər Təşkilatına müraciət edib.

Suriyanın rəsmi xəbər agentliyi olan SANA-da yer alan məlumatda bildirilir ki, Xarici İşlər Nazirliyi tərəfindən hazırlanaraq BMT sədri və Təhlükəsizlik Şurasına göndərilən məktubda Türkiyənin hərəkətlərindən ciddi narahatlıq ifadə edilib.

Rəsmi Dəməşq iddia edib ki, “Fərat Qalxanı” əməliyyatı zamanı mülki insanlar da ölüb. Həmçinin qeyd edilib ki, Türkiyə və bu ölkənin dəstəklədiyi qüvvələr İŞİD-ə qarşı silah işlətməyib və terrorçuların Cerablusa daxil olmasına şərait yaradıblar.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə