Şuranın dəstəyilə keçirilən layihə yekunlaşdı.
Şuranın dəstəyilə keçirilən layihə yekunlaşdı.
08 Sentyabr 2016 / 10:44 / Baxış sayı: 508
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az saytına qurumun mətbuat cxidmətindən verilən xəbərə görə, “Mərkəzi Aranda Regional İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə“Region gənclərinin narkomaniyaya qarşı mübarizədə ictimai fəallığının artırılması”adlı layihəsi uğurla yekunlaşdı.

İctimai Birliydən verilən məlumata görə, layihə çərçivəsində Sabirabad rayonunda orta ümumtəhsil məktəblərində məktəblilərlə görüşlər, təlimlər və gənclərin bu mövzuda özlərinin fantaziyalarından ibarət rəsm sərgisi keçirilib.

Layihənin məqsədi Azərbaycanın regionlarında (Sabirabad rayonunda) insanların sağlam həyat tərzi uğrunda narkomaniya, HİV/AİDS-in yayılmasına qarşı qabaqlayıcı və profilaktik tədbirlərin keçirilməsi, insanların mənəvi-əxlaqi tərbiyəsinin yüksəldilməsi, onlarda narkomaniyaya qarşı hisslərin oyadılması, təbliğat işinin aparılması, insanların maarifləndirilməsi, onlara məlumatların verilməsi və maarifləndirici bukletlərin paylanılmasıdır.

Bizimxeber.az 

qht qht1 qht2



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə