Şura 2017-ci il qrant müsabiqəsinin mövzularının ictimai müzakirəyə çıxardı
Şura 2017-ci il qrant müsabiqəsinin mövzularının ictimai müzakirəyə çıxardı
23 Noyabr 2016 / 13:02 / Baxış sayı: 498
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci il qrant müsabiqəsinin mövzularının müəyyən edilməsi məqsədi ilə QHT-lərin rəy və təkliflərini öyrənmək üçün ictimai müzakirə keçirib.

Toplantıda ilk olaraq Şuranın yeni hazırladığı layihələrin elektron qəbulu proqram təminatı təqdim edilib. QHT nümayəndələrinin adıçəkilən proqramdan istifadənin texniki detalları ilə bağlı sualları cavablandırılıb.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, təmsil etdiyi qurum QHT-lərə dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq hər il qrant müsabiqələrinin mövzularını təkmilləşdirir, ölkə gündəmindəki prioritet məsələləri və təşkilatların müxtəlif sahələr üzrə fəaliyyətini diqqətdə saxlayaraq yeni mövzular təqdim edir. İcraçı direktor Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ailə, qadın və uşaq məsələləri, insan alveri, qaçqın və məcburi köçkünlərin iqtisadi, sosial sahədə olan məsələlər, narkomaniya və bu kimi digər zərərli vərdişlərə qarşı maarifləndirmə işinin təşkili, hüquq mədəniyyətinin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, demokratiya və digər mövzuların hər zaman Şuranın diqqətində olduğunu deyib.

Fərasət Qurbanov hansı istiqamət üzrə təqdim olunmasından asılı olmayaraq bütün layihələrin ictimai aktuallığı ilə seçilməsinin, müasir dövrün çağırışları ilə səsləşməsinin və innovativ olmasının vacibliyini vurğulayıb. İcraçı direktor QHT-ləri xüsusi ilə beynəlxalq aləmin əsas subyekti olan dövlətlərin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə dəvət edib. Azər Həsrət, Bəxtimşah Tağıyeva, Mehdi Mehdiyev, Mətanət Əsgərqızı, Əvəz Həsənov, Jalə Cəfərova, Akif Nağı, Günel Səfərova, Müşviq Ələsgərli, Əkrəm Baydəmirli, Məhərrəm Zülfüqarlı, Aydın Xan Əbilov, Niyaməddin Orduxanlı, Təhmasib Novruzov, Həsən Şıxəliyev, Rasim Məmmədov, Şəmsəddin Əliyev və digər QHT rəhbərləri çıxış edərək Şuranın 2017-ci il qrant müsabiqəsi ilə bağlı təkliflərini bildiriblər.

Bizimxeber.az

BK1A9415 BK1A9392 BK1A9378 BK1A9323



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə