Sumqayıtda partlayan mərmi can aldı
Sumqayıtda partlayan mərmi can aldı
13 Avqust 2016 / 12:06 / Baxış sayı: 690
Font1 Font2 Font3 Font4
Bizimxeber

Sumqayıtda həyətində tapdığı mərmini laqunda ilə kəsən şəxs partlayış nəticəsində ölüb.

Bizimxeber.az bu barədə DİN-ə istinadən xəbər verir.

Nazirlikdən bildirilib ki, hadisə Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində baş verib.

Belə ki, avqustun 12-də saat 13 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində yaşayan Ruslan Vəliyev həyətində, qəsəbə ərazisindən tapdığı TAB-7 markalı mərmini laqunda ilə kəsərkən partlayış baş verib. Nəticədə R.Vəliyev xəstəxanaya yerləşdirilib və orada ölüb.

Həyətdə olan “Tavriya” markalı avtomobil isə yanıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə