Sumqayıtda hara abadlaşsa da şəhərin mərkəzindəki   “Banqaladeş” bazarı yığışdırılmır
Sumqayıtda hara abadlaşsa da şəhərin mərkəzindəki   “Banqaladeş” bazarı yığışdırılmır
08 Avqust 2016 / 12:35 / Baxış sayı: 1194
Font1 Font2 Font3 Font4
Bizimxeber

21-əsrdə Sumqayıtın mərkəzində orta əsrləri xatırladan, antisanitariya mənbəyi olan meyvə-tərəvəz bazarı…

Sumqayıtda   mənfi mənada  gözə çarpan mənzərələrdən biri  9-cu mikrorayon, “Şərq bazarı” deyilən ərazidə  fəaliyyət göstərən maşın yolunun üzərində yerləşən,qanunsuz olaraq fəaliyyət göstərən meyvə-tərəvəz bazarıdır ki, burada dəhşətli dərəcədə antisanitariya şəraiti, həm də əməlli başlı qanunsuzluq hökm sürür .

Bizimxeber.az-ın məlumatına görə, son vaxtlar Sumqayıtda aparılan abadlıq işlərinin fonunda “Şərq bazarı”ndakı adıçəkilən meyvə-tərəvəz bazarı şəhərə yamaq kimi görünür və onun mövcud olması heç cür başadüşülən deyil. Görəsən ölkənin 3-cü böyük şəhərinin mərkəzində orta əsrləri xatırladan, xəstəlik mənbəyi olan, şəhərə ləkə olan bu bazarı şəhər rəhbərliyi neçə ildir  niyə görmür və ya daha doğrusu “görmək” istəmir?!.

Hazırda ölkənin hətta ən ucqar və geridə qalmış kəndlərində belə  bu cür primitiv və açınacaqlı mənzərəyə rast gəlmək olmaz. Zaman keçdikcə Sumqayıtda binalar, səkilər, bardürlər ,hətta işıqforlar belə yeniləndi,təmir olundu . Lakin uzun illər boyu dəyişməyən bir məkan var ki, o da Sumqayıtın bu bərbad bazarıdır.Yağış yaxan zaman bura palçığın,zığın əlindən daha dözülməz hala düşür.Bu bazarın vəziyyəti dəfələrlə mətbuatda qabardılsa da  nə keçmiş icra başçısı Eldar Əzizov ,nə də indiki başçı Zakir Fərəcov  bu bazara əncam çəkməyib. Səbəb isə çox güman ki, burada hər gün yığılan külli-miqdarda puldur.

Əgər hesablasaq ki,  burada 100-dən çox “polka”, “toçka” var  və onların hər birindən hər gün  20-30 manat arası pul yığılır ,toplam hər gün 3000 minə yaxın edir.  Beləliklə həm dövlət vergidə aldadılır, həm satıcıların xərci çoxdur deyə  bu malların üstünə gəlinir və bahaçılıq yaranır,yəni alıcılar uduzur, həm əhalinin sağlamlığına ziyan dəyir, həm də  şəhərin körkəminə xələl gəlir. İlin istənilən fəslində bazarda hökm sürən xaos, antisanitariya sanki buranın simasına çevrilib.Bu ərazidən insanların gediş-gəlişi əməlli-başlı müşkülə çevrilib. Bir tərəfdən də maşınların hərəkəti vəziyyəti daha da dözümsüzləşdirir. Bazarın həm meyvə-tərəvəz, həm də tikinti materialları satılan hissəsindən keçən avtomobil yolunda tıxaclar yaranır.Bundan başqa bazarda alıcıların tərəzidə bir qayda olaraq aldadılmasına müvafiq orqanlar heç bir tədbir görülür.Satıçılar hər gün haqq verdiklərindən kobudluq da etsələr,alıcını aldatsalar da cəzalanmayacaqlarını arxayındırlar. Hər gün  “bazarkom” Rəşid Babayev in adamları sayı yüzdən çox olan hər “polkadan “gündəlik 15 manat, pul yığır. Məlumatda qeyd olunur ki,burda alver edənlər polisə də “haqq” verirlər. Bundan başqa hər gün “sanepidsatansiya”nın həkimi hər meyvə-tərəvəz piştaxtasından 2-3 manat pul yığır və çek verməməyi bir yana qalsın bazara daxil olan məhsulların keyfiyyətini qətiyyən yoxlamayaraq əhalinin təhlükəzsizliyini riskə qoyur.

Məlumata görə, bazarda  məhsulları yoxlamağa heç müvafiq labaratoriya avadanlığı da yoxdur. Sadəcə pul yığılır. Mətbuatda gedən informasiyalara görə Rəşid Babayeva himayədarlıq edən və müəyyən mənada bu bazara şərik olan   Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qardaşı, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısınin müavini Akif Quliyevdir.

Burada özbaşınalıq,qanunsuzluq, cəzasızlıq, pul qazanmaq həvəsi o həddə çatıb ki,nəinki  maşın yolunun hər iki tərəfində,hətta düz yolun ortasında belə alverə şəarit yaratmaqdan  çəkinmirlər. Bu bazarda hökm sürən səs-küy,dərəbəylik,ətrafdakı maşın yolunda bazarın səbəbkar olduğu tıxacdan irəli gələn qulaqbatırıcı siqnal səsləri ,xaos,üfunət ,piayadaların buradan rahat keçə bilməməsi adamda elə təəsürat yaradır ki, bura Sumqayıtın  yox, Banqladeşin paytaxtı  Dakka şəhərinin (Dakka dünyanın ən çirkli şəhəridir)  bazarıdır.Bazar “Şərq bazarı”adlananda mütləq bərbad gündə olmamlıdır ki?!

Bu dırnaqarası “Banqaladeş”bazarınətrafındakı bərbad vəziyyətin şahidi olanda istət-istəməz belə bir təbii fikir yaranır – bəs bazarın bazarkomu Rəşid Babayev 20-30 ildir  hər gün yüzlərlə piştaxtadan,dükanlardan yığdığı  pulun cüzi bir hissəsini  niyə bazarın abadlaşmasına xərcləmir?!Halbuki bir günün qazancına belə ən azından  bazarın ətrafındakı  çox da böyük  olmayan yolları abadlaşdırmaq olar. Necə deyərlər çəhərin bir yanında gözəl bulvar tikilir,ondan bir aralıda isə rəzalət saçan bazar “çiçəklənir”

Əlbəttə bəziləri deyə bilər ki,burada yüzlərlə sahibkar ailəsinə çörəkpulu qazanır və bu bazarın yığışdırılması onsuz da çox olan işsizlərin sayını çoxaldacaq. Amma bir həqiqət va var ki, bazarda müəyyən qayda-qanun olmalıdır.Bazar üçün sivilizasiyaya uyğun münasib yer ayrılmalıdır və bazar qanun çərçivəsində, sanitar qaydalara uyğun şəkildə  fəaliyyət göstərməlidir.

Sumqayıtlılar ümid edir ki, hörmətli Zakir Fərəcov axır ki,bu bazara da bir əncam çəkəcək və bura  gec də olsa abad hala gətiriləcək.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə