Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Sumqayıtda dəhşət: Müəllim şagirdə elə söz dedi ki, qızın əsəbdən ağzı əyildi

1410 oxunma | Tarix: | 5 gün öncə

Sosial şəbəkələrdə Sumqayıtdakı İnteqrasiya internat tipli gimnaziyada 7-ci sinif şagirdinin sinif yoldaşları tərəfindən döyülərək, sol gözünün çıxdığı barədə məlumat yayılıb. Bildirilir ki, hadisə zamanı gimnaziyanın 7 a sinif şagirdi Nuriyeva Rəfiqə Elbrus qızının ağız nahiyəsi də əyilib və Sumqayıt Uşaq Xəstəxanasına yerləşdirilib.

13 yaşlı Rəfiqə Nuriyeva hadisəni belə nəql edib: “Birinci saat tarix dərsində baş verib. Sinif yoldaşım zarafatlaşdırmaq üçün hamıya vurub edəndə mənim də qolumdan vurmuşdu. Mən də əsəbiləşib gedib vurmaq istəyəndə müəlliməmiz də həmin an müəllimlər otağından çıxıb gəlirdi dərsinə.

Onda müəllim gördü ki, mən başqa bir uşağın arxasınca qaçıram. Onda o, mənə “utanmırsan, bir oğlanın dalınca qaçırsan” deyəndə mən də əsəbiləşdim, onda ağzım əyilməyə başladı”.

XƏBƏRLƏR:  Nazir vətəndaşları incidən polis mayorunu işdən çıxardı

Gimnaziyanın direktoru Ayət Kərimova hadisənin noyabrın 5-də olduğu bildirib və hər hansı bir döyülmə hadisənin olmadığını deyib. Rəfiqənin atası Elbrus Nuriyev isə APA TV-yə uşağı məktəbə qoyduqdan bir saat sonra məktəbdən ona zəng olunduğunu söyləyib:

“Bir saatdan sonra mənə zəng gəldi ki, bəs qorxmayın, uşağınızın sifətində əyilmə var, tez gəlin. Mən də tez gəldim məktəbə. Uşağı götürdüm, istiqamət verdilər ki, filan yerə getmək lazımdır. Getdik poliklinikaya, ordan da bizi yönəltdilər xəstəxanaya. Xəstəxanada da uşağın ağır olduğunu söylədilər.

Və sonra yerləşdirdilər xəstəxanaya. Sonra uşaqdan soruşdum ki, nədən oldu. Dedi, məni uşaqlar əsəbiləşdirmişdi, belə bir şey hal oldu. Uşaqlar sonra dedi ki, səndə bu hallar var. Əsəbiləşməkdən bu əyrilik yarandı”.

XƏBƏRLƏR:  Mərdan Camalov Şirvan icra başçısı postundan uzaqlaşdırıldı

Sumqayıt Uşaq Xəstəxanasından isə APA TV-yə bildirilib ki, Rəfiqə Nuriyevada gözlə görünəcək hər hansı xəsarət müşahidə olunmayıb: “5 noyabr 2019-cu il tarixdə uşaq xəstəxanaya üz sinirinin nevriti diaqnozu ilə daxil olub. Və hazırda da indiyə qədər bizdə müalicə alır. Yəni daxil olanda üz sinirinin nevriti diaqnozu qoyulub və bizdə o diaqnoz da təsdiqlənib. Hazırda da bütün nevroloji bütün müayinələr aparılır. Xəstənin vəziyyəti də stabildir. Hər hansı ağırlaşma da yoxdur”. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.(APA)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir