Sumqayıt müəllimləri Mikayıl Cabbarovun istefasını tələb etdi- Aksiya böyüyür
Sumqayıt müəllimləri Mikayıl Cabbarovun istefasını tələb etdi- Aksiya böyüyür
11 Noyabr 2016 / 16:27 / Baxış sayı: 3236
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bir qurup müəllim Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Belə ki, Sumqayıt şəhər 11 saylı məktəbin müəllimləri heç bir səbəb olmadan işdən azad edilib. Elə bu səbəbdən işdən azad edilən müəllim kollektivi nazirlyin qarşısında aksiya təşkil ediblər.

Əməkdaşımızla söhbət zamanı müəllimlər bildiriblər ki, əgər bizim iş fəaliyyətimiz qanuni deyildisə, nə üçün dövlət tərəfindən bizə əmək haqqı ödənilib.

Aksiya zamanı Təhsil Nazirliyinin rəsmisi Cəsarət Valehov təkidlə müəllimləri nazirliyə dəvət etdi. Onu da bildirək ki, çəkiliş zamanı Cəsarət müəllim jurnalistlərə muqavimət göstərməyə cəht edib.

“Mənim icazəm olmadan məni çəkə bilməsiniz” deməklə jurnalistin peşə fəaliyyətinə maneə törədməklə qanunu kobud şəkildə pozub.

Bir daha nəzərinizə catdıraq ki, Sumqayıt təhsilində başqaldıran narazılıqlardan biri də inklüziv təhsil layihəsində iştirak edən müəllimlərlə bağlıdır. Dövlət başçısı möhtərəm İlham Əliyev cənabları, ölkəmizdə işsizliyin ləğvi istiqamətində mühüm göstərişlər verir, iş yerlərində ixtisarların yolverilməz olunduğu da dilə gətirir.

İndi isə R.Tağıyevanın inadı və məqsədli qərəzi(bu qərəzin təfərrüatlarına növbəti yazılarımızda toxunacayıq-red.) nəticəsində Sumqayıt şəhərində 20-dən artıq müəllim faktik olaraq işsiz qalıb.

Dosye.az olaraq bildirək ki, məsələ ilə bağlı Təhsil Nazirliyindən heç bir açıqlama əldə edə bilmədik.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə