Subsidiya fırıldağı: Nazirlə anlaşmağa can atan icra başçısı və ya…
Subsidiya fırıldağı: Nazirlə anlaşmağa can atan icra başçısı və ya…
14 Sentyabr 2016 / 12:44 / Baxış sayı: 608
Font1 Font2 Font3 Font4
Bizimxeber

Vaqif Abdullayevin qardaşı uşaqlardan fərqli olaraq, prokurorluqdan qorunmaq üçün bu dəfə “tədbirli” davrandığı bildirilir

Adı hər zaman mətbuatda neqatib işlərdə hallanan Beyləqanın icra başçısı Vaqif Abdullayev bu dəfə daha ağır ittihamlarla üzləşib.

Bu barədə verilən məlumata görə, ötən il rayonda buğda əkini sahəsinin süni şəkildə şişirdərək, dövlətin ayırdığı subsidiyaların bir hissəsini mənimsədikləri üçün ciddi problemlə üz-üzə qalan icra başçısı və yerli nümayəndəliklərinin rəhbərləri bu dəfə də “ənənəvi əməllər”indən geri qalmayıblar:

“Düzdür, hələ ki, 2016-cı il üçün byğda səpininə görə nəzərdə tutulan subsidiyalar kəndlilərə və fermer təssərrüfatlarına hələ paylanmayıb. Yəqin ki, yaxın günlərdə bu prosesə start veriləcək. Ancaq Vaqif Abdullayevin rəhbərlik etdiyi rayonda yenə də “pripsika”ların olması haqda ciddi məlumatlar yayılmağa başlayıb. Bildirilir ki, yerli icra nümayəndələri bu dəfə də icra başçısının tələbinə uyğun olararq, əkin sahələrini saxta sənədlərlə artırmaqla, ayrılacaq 2 milyon civarındakı pulun bir hissəsinə iddialarını ortaya qoyublar”.

Bizi məlimatlandıran rayondakı mənbələr deyir ki, icra başçısı və yerli nümayəndəliklər ötən il yaşadıqları “sarsıntılı dönəmi” bu dəfə yaşamamaq üçün “tədbir”li davranırlar:
Nazirlə anlaşmağa can atan icra başçısı və ya...
“Bildiyiniz kimi, Heydər Əsədov kənd təsərrüfatı naziri təyin edildən dərhal sonra subsidiyaların xərclənməsi prosesini də yoxlamağa başladı. O zaman o, həmyerlisi Vaqif Abdullayevin rəhbərlik etdiyi rayon üzrə korrupsiya faktlarını ört-basdır eləmədi. İcra başçısının 5-6 kənd üzrə korrupsiyaya yol verən nümayəndəliyinin rəhbəri Baş Prokurorluğa verildi. Faktla bağlı cinayət işi açıldı, həmin icra nümayəndələrinə dövlətə vurulan zərər artıqlaması ilə ödətdirildi. O zaman Vaqif Abdullayev korrupsiyada adı rəsmən təsdiqlənən məmiurlarını işdən çıxarmaq əvəzinə, onları qorudu, hətta bu dəfə onlara qanunsuzz əmmələrini davam etdirmək üçün daha geniş şərait yaradıb.

Bundan əlavə, icra başçısı yenidən sıxıntı yaşamamaq üçün bu dəfə yerlərdə monitorinq aparan Kənd Təsərrüfatı Nazirliyi yanında “Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti əməkdaşları ilə əvvəldən anlaşmaq tapşırığı da verib.

Digər tərəfdən o, bu xidmətin rəhbəri Möhtəsim Əhmədovun əslən Qərbi Azərbaycandan, yəni həmyerlisi olmasından da ruhlanaraq, bu dəfə hətta bələdiyyə torpaqlarında əkilən və yaxud əkilməyən sahələri də “buğda əkini” sahəsi kimi sənədləşdirərək, saxta yolla subsidiya ayrılmasına nail olub.

Əlbəttə, bütün bunlarla bağlı rəsmi sənədlər bir azdan açıqlanacaq, o zaman sözsüz ki, icra başçısı sonuncu şansını da itirmiş olacaq. Bundan əlavə, icra başçısını pambıq əkini sahəsi və toplanan məhsullarla bağlı da məşhər ayağına çəkiləcəyinə şübhə edilmir”.

Məlumata görə, rayonda məmurlarla rəhbər etikasına uyğun davranmayan icra başçısının digər problemi isə təzəlikcə qardaşı uşaqlarına cinayət işinin açılmasıdır: “Qardaşı uşaqlarının dələduzluğu ilə bağlı cinayət işinin açılması da icra başçısına olan güvəni heçə endiirb. Və o çox böyük ehtilamalla etimzadı itirmiş bbu icra başçısı ilə bağlı tezliklə qərar veriləcək”.(mia.az)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə