Stüardessa işləmək istəyənlərə müjdə…
Stüardessa işləmək istəyənlərə müjdə…
01 Sentyabr 2016 / 13:46 / Baxış sayı: 680
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Azərbaycan Hava Yolları” QSC xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edib.

QSC-nin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, sənəd qəbulu sentyabrın 1-dən oktyabrın 1-dək saat 10.00-dan 12.00-a kimi aparılacaq.

Namizədlər müsabiqə yolu ilə seçiləcəklər.

Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan; Azərbaycan, rus, ingilis və ya digər xarici dillərdə sərbəst danışmağı bacaran, xoş xarici görünüşə malik xanımlar iştirak edə bilərlər.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə