“Stratfor”: “Rusiya Qafqazda hakim xarici güc olaraq qalır”
“Stratfor”: “Rusiya Qafqazda hakim xarici güc olaraq qalır”
17 Noyabr 2016 / 16:57 / Baxış sayı: 926
Font1 Font2 Font3 Font4
Bizimxeber
“Moskva Dağlıq Qarabağ münaqişəsindən Azərbaycan və Ermənistan arasında balans yaratmaq vasitəsi kimi istifadə edir”.

Bu barədə “Stratfor” Araşdırmalar Mərkəzinin “Rusiya üçün bəzi münaqişələr həmişəkindən daha soyuqdur” başlıqlı yazısında deyilir.

Yazıda postsovet məkanında davam edən münaqişələrdən bəhs edilir: “Bu münaqişələr, əsasən, etnik və mədəni azlıqların məskunlaşdığı ərazilərdə baş verib. Sovet ölkələri üzərində Moskvanın nəzarəti zəiflədikdən sonra bu ərazilərdə gərginlik artdı, silahlı münaqişələr baş verdi. SSRİ dağıldıqda sonra isə yeni postsovet ölkələrinin nəzarətindən kənarda de-fakto dövlətlər yarandı”. Yazıda Rusiyanın Cənubi Osetiya, Abxaziya, Ukrayna, Dnestryanı kimi münaqişələrdən fərqli olaraq Dağlıq Qarabağ münaqişəsindən istifadəsinin bir qədər mürəkkəb olduğu deyilir: “Çünki bu ölkənin münaqişə zonasında birbaşa hərbi fəaliyyəti yoxdur.

Moskva bu münaqişədən Azərbaycan və Ermənistan arasında balans yaratmaq vasitəsi kimi istifadə edir və Qafqazda hakim xarici güc olaraq qalır.

Ermənistanın Moskva ilə strateji müttəfiq olmasına və Azərbaycanın daha çox balanslı xarici siyasət yürütməsinə baxmayaraq, Rusiya hər iki ölkəyə onlardan birinin digərinə qarşı daha gözüaçıq dayanması və təhlükəsizlik ehtiyacları baxımından Rusiyadan asılı olması üçün silah satır”.

Bildirilir ki, Moskva ilə Qərb arasında ziddiyyət münaqişə zonalarında təhlükəsizlik durumunu daha dinamik edir: “Aprel ayında Dağlıq Qarabağda eskalasiya baş verdi, yüzlərlə insan öldü, yaralandı və ya itkin düşdü. Moskva və Qərbin bu keçmiş sovet periferiyasında təsirini artırmaqla bağlı yarışı bu ərazilərdə və onun yaxınlığında təhlükəsizliklə bağlı vəziyyəti daha da qeyri-stabil edə bilər”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə