“Space 104 FM” bağlanıb? – AÇIQLAMA
“Space 104 FM” bağlanıb? – AÇIQLAMA
29 Sentyabr 2016 / 14:40 / Baxış sayı: 732
Font1 Font2 Font3 Font4
Bizimxeber

““Space 104 FM” radiosu bağlanmayıb”. Bunu Lent.az-a açıqlamasında radionun direktoru Əhməd Əsgər deyib. O bildirib ki, bu gün mətbuatda dərc olunan məlumatlar həqiqəti əks etdirmir: “Mətbuatda yazılanları oxudum. Amma “Space radio” bağlanmayıb. Sadəcə profilaktikadır. İşlər bitəndən sonra yenidən radio öz işinə davam edəcək”.

***

14:09

 

“Space 104 FM” radiosu bağlanıb. Bu barədə Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən (Teleradio İB) məlumat daxil olub. 

Məlumata görə, “Space 104 FM” radiosunun Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə 12 min manat borcu var: “Borcun ödənilməsi barədə radio rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilsə də, ancaq borc hələ də ödənilməyib”.(olke.az)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə