Soso Pavliaşvilinin Bakı konsertinin vaxtı açıqlandı
Soso Pavliaşvilinin Bakı konsertinin vaxtı açıqlandı
28 Oktyabr 2016 / 11:50 / Baxış sayı: 1340
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiyanın gürcü əsilli müğənnisi Soso Pavliaşvilinin Bakı konsertinin vaxtı açıqlanıb.

Axşam.az-ın məlumatına görə, konsert noyabrın 30-da Heydər Əliyev Sarayında baş tutacaq. Xeyriyyə məqsədli gecədə Soso ilə yanaşı səhnəyə müğənni Emin, Vaxtanq Kikabidze və “A-studio” qrupu da çıxacaq.

Gecəyə biletlərin qiyməti 15 manatdan başlayır. Tədbirdən əldə edilən gəlir xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə sərf olunacaq.

Qeyd edək ki, S.Pavliaşvili qondarma “Dağlıq Qarabağ Respublikası”na konsertə getdiyi üçün Azərbaycanın qara siyahısına salınmışdı. O, bu yaxınlarda Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, Azərbaycan Respublikası ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş etmişdi. Müraciət müvafiq qaydada nəzərdən keçirilib və ifaçının Azərbaycan ərazisinə daxil olmasına icazə verilib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə