Sosial turizmlə məşğul olanlara güzəşt olunacaq
Sosial turizmlə məşğul olanlara güzəşt olunacaq
30 Noyabr 2016 / 21:00 / Baxış sayı: 900
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanda sosial turizmin inkişaf etdirilməsi məqsədi ilə turizm infrastrukturu subyektləri üçün güzəşt və imtiyazlar tətbiq ediləcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində nəzərdə tutulub.

Layihəyə görə, bu güzəşt, imtiyaz və ayırmalar turizmi inkişaf proqramlarında təsbit ediləcək. Həmin güzəştlər və imtiyazlar müvafiq proqram vəsaiti hesabına əvəzləşdiriləcək.

Sosial turizm üzrə uzunmüddətli və qısamüddətli güzəşt və imtiyazlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Layihəyə görə, dövlət sosial turizm sahəsində kiçik sahibkarlığı dəstəkləyəcək.

Layihədə qeyd edilir ki, dövlət və bələdiyyələr sosial turizm layihələri çərçivəsində öz əmlaklarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeyri-kommersiya təşkilatları, bələdiyyələr üçün istifadəyə verəcəklər.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə